Новость из категории: Əsas / Xəbərlər

Xəzərin külək enerjisi potensialının 7,2 GVt-ı 2036-cı ilədək reallaşdırılacaq





"Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı 2036-cı ilədək reallaşdırmaq niyyətindəyik".

Energetika Nazirliyinin verdiyi məlumata görə, bunu nazir Pərviz Şahbazov “Berlin Enerji Keçidi Dialoqu” çərçivəsində Almaniyanın federal kanslerinin iqtisadi məsələlər üzrə müşaviri, dövlət katibi Jörg Kukies ilə görüşündə bildirib.

Görüşdə qlobal enerji gündəliyində olan məsələlər, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycanın “yaşıl enerji” üzrə Avropanın təchizatçısına çevrilməsi və ikitərəfli enerji əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə edilib.

Uzun illərdir neft təchizatçısı olan Azərbaycanın 21-ci əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilə Avropa ölkələrinin qaz tədarükçüsünə çevrildiyi və bu dəhlizin genişləndirilməsinin çoxtərəfli əməkdaşlıq əsasında zəruri bir sıra məsələlərin həllini tələb etdiyi qeyd edilib. Həmçinin hazırda Azərbaycanın Avropaya digər bir istiqamət - bərpa olunan enerjinin ixracı ilə bağlı planlarının olduğu diqqətə çatdırılıb.

P.Şahbazov deyib ki, Qara dəniz sualtı elektrik xətti kimi yeni ötürücü xətlərlə istehsal ediləcək “yaşıl enerji” Avropaya ixrac edilə bilər.

"Eyni zamanda hidrogen qarışığının ixracı da nəzərdən keçirilir ki, bunların hər ikisi real imkanlardır,” - deyə nazir əlavə edib.
скачать dle 11.3

Похожие новости

Комментарии

  • #631
  • 12 сентября 2024 10:51
  • Автор: JesusKich
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив