Новость из категории: Xəbərlər

Azərbaycan Prezidenti Almaniyada səfərdədir







Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.

Bu gün Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms və assosiasiyanın Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.

Prezident İlham Əliyev: - Sabahınız xeyir.

Mixael Harms: Cənab Prezident, Sizinlə burada - Münhen Təhlükəsizlik Konfransında görüşmək bizim üçün böyük şərəfdir. Mən son beş-altı ildə konfransda iştirak etmişəm və hər dəfə Sizin çıxışlarınız, baxışlarınız mənə çox müsbət təsir bağışlayıb.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Mixael Harms: Yəni ikitərəfli münasibətlərlə yanaşı, region və beynəlxalq düzənlə bağlı baxışlarınızı nəzərdə tuturam. Bizim assosiasiyanın nümayəndələri ilə görüşməyinizi çox yüksək qiymətləndiririk. Cənab Reşmayer bizim assosiasiyada Cənubi Qafqaz üzrə sözçüdür, mən baş icraçı direktoram.

Prezident İlham Əliyev: Xoş sözlərinizə görə çox sağ olun. Mənim üçün də konfransda iştirak etmək mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə mən Münhenə neçə ildir ki, səfər edirəm. Bu, auditoriya qarşısında çıxış etmək üçün hər zaman yaxşı fürsətdir. Çünki dünyada, regionumuzda vəziyyət dəyişir. Biz indi Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Buna görə də bu mühüm məsələlərin müzakirəsi çox önəmlidir. Xüsusilə səfərimin ikitərəfli formatı da çox əhəmiyyətlidir. Çoxsaylı görüşlər var. Xatırlayıram ki, əksər hallarda bəzi ilkin fikir mübadilələri bir sıra çox nəzərəçarpan nəticələrə gətirib çıxarıb. Buradakı təmaslar nəticəsində çoxlu sayda ticarət müqavilələri imzalanıb. Həmçinin zəruri olan regional təhlükəsizlik, regional əməkdaşlıq, enerji siyasəti dünya üçün daha çox əhəmiyyət kəsb edir. Mən də sizi görməyə çox şadam. Çünki bildiyiniz kimi, bizim alman şirkətləri ilə çox dərin əməkdaşlığımız var. Onlar uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəmiz üçün çox mühüm olan müxtəlif infrastruktur, enerji istehsalı və tikinti ilə bağlı layihələr həyata keçiriblər. Düşünürəm ki, qarşıdakı illərdə daha çox imkanlar olacaq, çünki daha böyük potensiala malik Azərbaycanın imkanları artır.

Mixael Harms: Biz bilirik ki, Siz iqtisadiyyatın şaxələndirilməsi strategiyasını təqdim etmisiniz. Mən Azərbaycanın gücünü nəzərdə tuturam və biz bunu ikitərəfli ticarətdə, əsasən də neft və qaz sahəsində müşahidə edirik. Bu, çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu, Sizin ölkənizin rəqabətliliyini təmin edən üstünlükdür, eləcə də infrastruktur sahəsində gördüyünüz işlər. Məsələn, mən Bakı limanına baş çəkdim, bu, çox dərin təəssürat yaradan layihədir. Bir neçə həftə əvvəl “Yaşıl həftə” sərgisində sizin Kənd Təsərrüfatı nazirinizlə görüş keçirdik. Bu da böyük maraq kəsb edir. Rəqəmsallaşma “Giesecke+Devrient” şirkətinin fəaliyyətinin əsas sahəsidir. Siz də “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmusunuz və İpək Yolunun qovşağındasınız.

Prezident İlham Əliyev: Bəli, doğrudur.


x x x

Görüşdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verildi. İqtisadiyyatın rəqəmsallaşdırılmasının və Davos Forumu ilə Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanın 2020-2024-cü illəri əhatə edən regionların inkişafı planından, ölkəmizdə sənayenin inkişafı istiqamətində görülən işlərdən bəhs edildi, bu prosesdə alman şirkətlərinin daha da fəal iştirak etməsinin əhəmiyyəti vurğulandı.

Həmçinin ölkəmizdə xarici investorlar üçün cəlbedici sərmayə mühitinin olduğu diqqətə çatdırıldı. Eyni zamanda Azərbaycanın Şimal-Qərb, Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə nəqliyyat dəhlizlərindəki əsas rolundan bəhs olundu, Azərbaycanın öz coğrafi yerləşmə potensialını fürsətlərə çevirdiyi bildirildi.

Görüşdə Azərbaycan və Almaniya biznes dairələrini bir araya gətirən biznes forumların keçirilməsinin vacibliyi vurğulandı. Azərbaycanda peşə təhsili sahəsində Almaniya ilə birlikdə əməkdaşlığın önəmi qeyd olundu.

///

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.

Bu gün Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1381
  • 12 мая 2024 10:15
  • Автор: JaceKich
Admiring the time and effort you put into your blog and detailed information you offer!..
홀덤사이트
  • #1383
  • 12 мая 2024 10:46
  • Автор: EdgarKich
이러한 유익한 웹 사이트를 게시하는 데 아주 좋습니다. 웹 로그는 유용 할뿐만 아니라 창의적이기도합니다.
메이저사이트

  • #1385
  • 14 мая 2024 07:48
  • Автор: ColeKich
  • #1386
  • 14 мая 2024 17:50
  • Автор: 꽁머니
나는 더 비슷한 주제에 관심이있을 것입니다. 정말 유용한 주제를 받았군요. 항상 블로그를 확인하겠습니다. 감사합니다.꽁머니
Thank you for any other informative site. The place else could I am getting that kind of information written in such a perfect approach? I have a mission that I'm just now running on, and I have been on the look out for such info
메이저 사이트 추천
  • #1388
  • 16 мая 2024 13:06
  • Автор: CadenKich
  • #1390
  • 17 мая 2024 21:23
  • Автор: FabianKich
  • #1391
  • 18 мая 2024 23:10
  • Автор: RileyKich
  • #1392
  • 19 мая 2024 05:55
  • Автор: JeremiahKich
  • #1393
  • 19 мая 2024 11:35
  • Автор: PeytonKich
  • #1394
  • 20 мая 2024 19:05
  • Автор: LiamKich
  • #1395
  • 21 мая 2024 07:28
  • Автор: IsraelKich
  • #1396
  • 21 мая 2024 14:23
  • Автор: NicoKich
  • #1397
  • 22 мая 2024 10:16
  • Автор: ZyaireKich
완전히 흥미로운 블로그 게시입니다. 저는 종종 Diwali Bumper Lottery에 대한 내 프로젝트의 도움을 위해 귀하의 게시물을 방문하고 귀하의 슈퍼 쓰기 기능은 진정으로 당황스러워했습니다.이 게시에 대해 많이 감사합니다.먹튀검증
  • #1399
  • 22 мая 2024 15:27
  • Автор: ErikKich
  • #1400
  • 23 мая 2024 14:41
  • Автор: ElijahKich
  • #1401
  • 23 мая 2024 20:27
  • Автор: PaxtonKich
  • #1403
  • 24 мая 2024 22:46
  • Автор: JayceKich
  • #1404
  • 25 мая 2024 04:32
  • Автор: GianniKich
  • #1405
  • 26 мая 2024 13:46
  • Автор: JayceKich
  • #1406
  • 27 мая 2024 16:17
  • Автор: AtticusKich
  • #1407
  • 27 мая 2024 22:58
  • Автор: PabloKich
  • #1409
  • 29 мая 2024 07:03
  • Автор: KnoxKich
  • #1410
  • 30 мая 2024 15:54
  • Автор: ReidKich
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив