Almaniyanın Azərbaycandakı səfirliyi “Qarabağ”ı təbrik edib
Almaniyanın Azərbaycandakı səfirliyi “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olması münasibətilə təbrik edib.
Germany.az-ın xəbərinə görə, bu barədə səfirliyin “facebook” səhifəsində yer alan açıqlamada deyilir.
“Almaniya Səfirliyi Azərbaycanlı izləyicilərimizi Qarabağ komandasının Çempionlar liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edir!
İlk dəfədir ki, bir Qafqaz komandası belə bir uğura imza atır. Azərbaycanlı futbolçulara uğurlar arzu edir və qrupları müəyyən edəcək püşkatmanın nəticələrini maraqla gözləyirik.”, - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, “Qarabağ” ötən gün Danimarkanın “Kopenhagen” komandası ilə cavab qarşılaşmasında 2:1 uduzsa da, daha əvvəl Bakıdakı görüşdə 1:0 hesabı ilə qələbə qazandığı üçün Çempionlar Liqasının qrup mərhələsinə düşüb.