Новость из категории: Xəbərlər

Britaniyanın “Vogue” jurnalı Leoni Mergenin “Qarabağ kolleksiyası”na geniş yer ayırıb





Berlində yaşayan, moda üzrə ən öndə gedən alman dizaynerlərindən biri olan Leoni Mergenin bu ilin əvvəllində 2017 - Payız/Qış kolleksiyasının təqdimatı keçirilib.
 
Modelyerin Berlində “Mercedes-Benz”, daha sonra isə Londonda keçirilən moda həftələrində təqdim olunan kolleksiyası modelyerlər, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. “Qarabağ Kolleksiyası” (Karabakh Collection) adlanan bu layihə öz əsasını Azərbaycanın Qarabağ bölgəsindən götürür.
 
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, Leoni Mergen “Qarabağ Kolleksiyası”nı Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimləri əsasında hazırlanıb. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoni Mergenin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksesuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.
 
Kolleksiyanın uğur qazanması nəticəsində Britaniyanın “Vogue” jurnalının sentyabr buraxılışının “Dizayner profile” bölməsində geniş yer ayrılıb. Burada dizayner haqqında ətraflı məlumat verilir və “Qarabağ Kolleksiyası”nın zərif ipəklə işlənmiş ən gözəl geyimlərindən biri təqdim olunur. Daha sonra jurnalın İnternet səhifəsində London podiumundan hazırlanan videomaterial yerləşdirilib.
 
Britaniyanın “Vogue” jurnalının sonuncu buraxılışı xüsusilə əlamətdardır. Belə ki, bu, 25 il jurnalın redaktoru olmuş Aleksandra Şulmanın rəhbərliyi altında işıq üzü görən son buraxılışdır. Qeyd edək ki, “Vogue” jurnalının dövriyyəsi 22 min nüsxə təşkil edir və bir milyona yaxın  oxucu auditoriyası var.  
 
Qeyd edək ki, Berlində Beynəlxalq İncəsənət Universitetində təhsil almış və “Patrik Helman” kimi elitar moda evlərində təcrübə keçmiş Leoni Mergenin sənəti zəngin, ənənəvi və avanqard üslubların qarışığından ilhamlanır və bütövlükdə Avropa zərifliyi ilə ifa edilir.








APA
скачать dle 11.3

Похожие новости

Комментарии

Outstanding product! Making any form of bootable device from an ISO is really helpful to me. It deserves five stars in every way! I appreciate the group who worked on it. Get more information rufus emmanuel lundberg.
This article provides a bright light that we can use to observe reality. This is a very good one and provides in-depth information.  토토사이트 
After reading your article, I feel very surprised. I know you explained it very well. I hope other readers can also experience my feelings after reading your article.먹튀신고 
This article provides a bright light that we can use to observe reality. This is a very good one and provides in-depth information.토토사이트추천
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив