Новость из категории: Maraqlı

Berlinə ilk dəfə azərbaycanlılar girib




Rusiyanın NTV kanalında nümayiş olunan intellektual verilişlərin birində iştirakçılara azərbaycanlıların Böyük Vətən Müharibəsi zamanı göstərdikləri şücaətdən bəhs edən sual təqdim olunub: “1945-ci il mayın 2-də leytenan Məcidovun rəhbərliyi ilə dörd döyüşçü məhz bunu edib...” İştirakçılardan biri suala dərhal cavab verib: “Berlində Brandenburq qapıları üstünə qələbə bayrağı sancıblar”. 

Bəlkə də bu suala azərbaycanlıların çoxu cavab verə bilməzdi. O sadə səbəbdən ki, bu barədə olduqca az danışılıb. SSRİ-nin tarixi mənbələrində də azərbaycanlıların Berlin uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan o qədər də geniş bəhs olunmayıb. Kitablarda və sənədli filmlərdə diqqət əsasən Reyxstaqın üzərinə bayraq sancanlara yönəldilib. Amma Reyxstaqa və digər mühüm dövlət obyektlərinə gedən yolda tökülmüş azərbaycanlı qanı nədənsə “yada düşməyib”... 

Belorusiya və III Ukrayna cəbhəsinə daxil olmuş hərbi birləşmələrin keçdiyi döyüş yoluna aid sənədlərə istinadən Berlinə ilk dəfə məhz azərbaycanlılardan ibarət 416-cı diviziyanın(Taqanroq) daxil olduğunu göstərən faktları təfsilatı ilə diqqətinizə təqdim edir. 

Diviziyanın formalaşdırılması 

Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci ilin 22 fevral tarixdən Azərbaycan SSR-in Ucar rayonunda 416-cı milli diviziyanın formalaşdırılmasına başlanılmışdır. Diviziyanın şəxsi heyətin 92%-i Azərbaycanlılar idi. 


 



Döyüş yolu 

416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın "Cənub" ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terekstansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi. 

Taqanroqun azad edilməsi 

1943-cü ilin yanvarının əvvəlinə qədərki dövrdə diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərlə keçərək, növbəti döyüşlərə hazırlaşdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri polkovnik (az sonra general-mayor) Tərlan Əliyarbəyov idi. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks-hücumlar nəticəsində üç ay ərzində Şimali Qafqaz düşməndən azad edildi və Rostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yarandı.1943-cü ilin 21 fevralında 416-cı diviziya əməliyyatlarının II dövründə hazırlığa başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500 nəfər yeni döyüşçü göndərilmişdi. 416-cı diviziya 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak edirdi və avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə ona "Taqanroq diviziyası" fəxri adı verildi. 




 


1943-cü il sentyabr ayının 7-də 416-cı Taqanroq atıcı diviziyası hitlerçilərin 3-cü Dağ atıcı diviziyası tərəfindən müdafiə olunan güclü istehkam xəttinə yaxınlaşdı. Düşmən istehkamları Markupol və Osipenko şəhərlərinə gedən yolları bağlamışdı. Sentyabrın 8-9-da Azərbaycan diviziyası düşmənin müqavimətini qırdı. Faşistlərin 10 əks-hücumuna mərdliklə sinə gərən döyüşçülər qazanılmış mövqeləri əldə saxladılar. Bu döyüşlərdə diviziya 4 mindən artıq düşmən əsgər və zabitini məhv etmiş, külli miqdarda döyüş texnikası ələ keçirmişdi. Həmin döyüşlərdə kapitan Firuddin Süleymanov əsil qəhrəmanlıq nümunəsi göstərmiş, əlbəyaxa döyüşdə bir qrup döyüşçü ilə düşməni geri çəkilməyə məcbur etmiş, özü isə həlak olmuşdu. F.Süleymanov ölümündən sonra I dərəcəli Vətən müharibəsi ordeninə layiq görülmüşdü. 

Milli diviziya 1943-cü ilin sentyabrında Azərbaycandan öz tərkibinə 2500 nəfər yeni döyüşçü heyəti aldı və müvafiq hazırlıqdan sonra oktyabrın 10-dan başlayaraq növbəti döyüşlərə başladı və Nikolayev şəhərinin düşməndən azad edilməsində fəal iştirak etdi.

Qəhrımanların diviziyası 

416-cı diviziya 1943-cü ilin oktyabrında düşməni Konstantinovka ətrafında darmadağın edib, tank hissələrinin köməyi ilə Melitopolu azad etmişdi. Diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdu. 

Melitopol uğrunda döyüşlərdə pulemyotçu Ağaşirin Cəfərov xüsusən fərqlənmişdi. O, 1943-cü il ərzində 500-dən artıq faşist öldürmüşdü. A.Cəfərov SSRİ Ali Soveti Rəyasət Heyətinin 1943-cü il 1 noyabr tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı fəxri adı almışdı. 

1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində hücuma keçərək, Dnestr çayını keçdi və döyüşlərdə Dnepr çayı sahillərinə çıxdı. Dneprin keçilməsində qəhrəmanlıq göstərdiklərinə görə Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev, Ablul Vəliyev, Fəriz Səfərov və Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Baş çavuş Həsən Rəhimov isə "Qırmzı bayraq" ordeni ilə təltif olundu. 





 


Həmin ilin 9 aprelində diviziya Odessa şəhəri yaxınlığına çatdı və onun düşməndən azad edilməsində fəal iştirakına görə II dərəcəli Suvorov ordeni ilə təltif edildi. 1944-cü ilin yayından başlayaraq 416-cı diviziya 3-cü Ukrayna cəbhəsi tərkibində məşhur Yassa-Kişinyov döyüş əməliyyatında və Moldaviyanın paytaxtı Kişinyov şəhərinin və bütün Moldaviyanın azad edilməsində fəal iştirak etdi. 1945-ci ilin martında diviziyanın 1054-cü alayı "Qırmızı bayraq" ordeni, 1368- ci alayı-"Boqdan Xmelnitski" ordeni, 44-cü divizionu isə "Aleksandr Nevski" ordeni ilə təltif edilmişdi. 1945-ci ilin yanvarında Sovet ordusu bütün cəbhələrdə hücuma keçmişdi və əsas istiqamət Varşava-Berlin istiqaməti idi. 

Berlin uğrunda döyüş 

416-cı diviziya I Belorusiya cəbhəsinə daxil olan 5-ci zərbə ordusu tərkibində Visla çayı istiqamətində hücumu davam etdirərək, Varşavanın azad edilməsində iştirak etdi və Oder çayının qərb sahilinə çıxaraq, düşmənin Kyustrin şəhərini zəbt etdi. Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziya var idi. Diviziya mayın 1-də Berlinə daxil oldu. Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqləndi. Kayzerin sarayı üstündə Qələbə bayrağını sancan leytenant Vahab Osmanov düşmən gülləsindən həlak oldu. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlar isə leytenant A.Məcidov və onun döyüşçüləri - Məmmədov, Əhmədzadə oldular. 

Buna qədər isə diviziyanın əsgərləri, Reyxsbank, Daxili İşlər Nazirliyi, Berlin Dövlət Universiteti, SSRI-nin keçmiş səfirliyinin binası, Maliyyə Nazirliyi və digər dövlət qurumlarının binalarını azad etmişdilər. 

Brandenburq qapıları önündə keçirilmiş mitinqdə general V.P.Züvanov çıxış edərək qəhrəman azərbaycan oğullarndan danışıb: "Berlin oğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada - Brandenburq qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının övladları atdı". 

Qafqazdan Berlinədək döyüş yolu keçmiş 416-cı Azərbaycan Milli diviziyası və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişdir. 









Missiya saytı 

04.12.2016скачать dle 11.3

Похожие новости

Комментарии

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив