Новость из категории: Stadt

Münxen


Münxen

"Bavariya Müstəqil Əyaləti" tarixi termini göstərir ki, Bavriya monarxiya əyaləti olmamışdan əvvəl respublika idi. Bu ən böyük əyalət (ərazisinə görə) və onun on iki milyon əhalisi özlərinin VI əsrə gedib çıxan tarixləri ilə fəxr edirlər.

Adət-ənənələrin gündəlik həyatın ayrılmaz hissəsi olduğu buradan fərqli olaraq, Almaniyanın heç bir yerində ənənələr bu cür möhkəm saxlanılmayıb; insanlar rəngli ənənəvi paltarı hər il Münhendə keçirilən Oktoberfest festivalı kimi əsas xalq musiqisi festivallarından başqa, həm də gündəlik həyatda da geyinirlər. Bavariya özünün həm də mədəni və tarixi irsi, o cümlədən əzəmətli təbiət gözəllyinin cazibəsi ilə turistləri cəlb edir. Züqspitzə malik Alp dağları - Almaniyanın ən yüksək zirvəsi (2 962 metr), Çimsi və Köniqsi kimi heyrətamiz gölləri olan Alp yamacları, milli parkı olan Bavariya meşəsi, Frankonian Jura, Fiçtel Təpələri, Steyqervald, Spessart və əyalət ətrafındakı digər mənzərəli yerlər istirahət, əyləncə və təbiətdən həzz almaq üçün turistlərə müqayisə olunmaz dərəcədə xoş imkanlar yaradır. Dağlar piyada səyahət edənlər üçün cənnətdir; Alp yamaclarındakı göllər və Meyn-Danube Kanalı tikintisinin axını ьzərində Frankoniada yaradılmış yeni süni göllər istirahətə gələnləri su oyunlarında iştirak etməyə dəvət edir.

Əyalət geniş parklarla kifayət qədər zənginləşib. Bunlara Aşaffenburqdakı Şönbuş Parkını, Ansbakdakı Hofqarten və Münhendəki İngilis Bağını, o cümlədən gözəl sarayları, hər şeydən əvvəl "sehirli-nağıl kralı" olan II Lyudviqin nəhəng saraylarını: Lindeohof, Neuşvanstein və Herrençimsi saraylarını aid etmək olar. Vürzburq və Bamberqdəki kral iqamətgahları, özünün zəngin mis həkkarlıq kolleksiyası olan Veste koburq kimi, nəhəng gözəlliyə malikdir.
скачать dle 11.3

Похожие новости

Комментарии

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив