Новость из категории: Stadt

Frankfurt am Main



Frankfurt am Main şəhəri 

Frankfurt-Mayn — tez-tez sadəcə Frankfurt adlandırılan, Hessen vilayətində ən böyük şəhər və 679.664 nəfər əhaliylə 2009-cu ilə görə Almaniyada beşinci ən böyük şəhər. Şəhər ətrafı ilə birlikdə əhalinin sayı 2.295.000 nəfər təşkil edir. Mayn çayı üzərində yerləşir. Franklar tərəfindən tutulmuş şəhər əvvəllər Frankoniyanın bir hissəsi idi. Şəhərin adı da buradan gəlib və mənası "Frankların Keçidi" deməkdir. Frankfurt Almaniyanın maliyyə və nəqliyyat mərkəzidir və kontinental Avropanın ən böyük maliyyə mərkəzidir. Burada Avropa Mərkəzi Bankı, Almaniyanın Federal Bankı, Frankfurt Birjası və Frankfurt Yarmarkası yerləşir. Frankfurt aeroportu (alm. Flughafen Frankfurt am Main/Rhein-Main-Flughafen) dünyada ən çox istifadə olunan beynəlxalq aeroportlardan biridir. Frankfurtda Almaniyada ABŞ Ordusunun qərargahı yerləşirdi, şəhər özü isə İkinci Dünya Müharibəsindən sonra Amerika Zonasında İşğal zonasında (alm. Besatzungszone) idi.

Şəhər aşağı Main çayının hər iki tərəfində, mərkəzi Almaniyanın cənub-qərbində yerləşir. Şəhərin cənubunda meşə zolağı var. Ən hündür nöqtəsi Berger təpəsində tikilmiş Seckbach səmtidir. Seckbachın hündürlüyü 212 metrdir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Göydələnləri isə şəhərin ən məşhur tikililəridir.

Frankfurt-Maynın əhalisi 679.664 nəfərdir. Almaniyanın beşinci böyük şəhəridir. Şəhər iqtisadiyyat, biznes və mədəniyyət mərkəzidir. Həmçinin Frankfurt-Maynın nəhəng aeroportu sayəsndə şəhərə Bu səbəbdən Frankfurt-Maynda dünyanın hər ölkəsindən bir vətəndaş burada məskunlaşmışdır. Hessen federasiyasında yaşayan əcnəbiləri təmsil edən bütün səfirliklər Frankfurt-Maynda yerləşmişdir. Almaniyanın ən çox əcnəbi yaşayan şəhərlərindən biridir. Yəhudilərin say çoxluğu ilə tanınan Frankfurt-Mayn ikinci dünya müharibəsində ağır itkiyiə məruz qalmışdır. Belə ki, Yəhudilərin bütün Almaniyadan olduğu kimi Fraknfurt-Mayndan da məcburi köçürülməsi nəticəsində şəhərdən təxminən 11.000 və daha çox insan çıxmışdır. Müharibənin sonunda 160 Yəhudi Frankfurt-Maynda qalmışdır və bu gün təxminən 7.200 Yəhudi Frankfurt-Maynda yaşayır. Rəsmi olaraq şəhərdə yarım milyondan biraz çox (679.664) nəfər yaşasa da Frankfurt-Mayna yaxın yerləşən yaşayış məskənlərindən gələn işçilərdən dolayı iş saatları ərzində Frankfurt-Maynda bir milyon və ya daha çox insan olur.
скачать dle 11.3

Похожие новости

Комментарии

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив