Новость из категории: Stadt

Düsseldorf


Düsseldorf

Düsseldorf (Düsseldorf) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin paytaxtıdır. Düsseldorf şəhərində Rayn çayı axır. Əhalisi 583 829 nəfərdir (2009).

Düsseldorf şəhəri Almaniyanın qərbindəki Reyn-Rur bölgəsində yerləşir. 2009-cu ilin statistikasına görə, 217 kvadrat kilometr sahəsi olan Düsseldorfun əhalisinin sayı 584 min nəfərdir. Düsseldorf şəhər statusunu 1288-ci ildə alıb. Şəhərin adı Düssel çayından götürülüb. Reyn çayının şimalında - Düssel çayının Reyn çayına töküldüyü yerdə yerləşir.

Düsseldorf 49 rayona bölünmüş 10 dairədən ibarətdir və Reyn-Rur bölgəsinin iqtisadi cəhətdən ən inkişaf etmiş şəhəridir. Şəhər reklam, telekommunikasiya texnologiyaları sahəsində aparıcı mərkəz, həmçinin "Almaniyanın modalar şəhəri" hesab olunur. Düsseldorf şəhəri rəssamlıq akademiyaları, muzeyləri və üzərində dünyanın ən böyük elektron saatı asılmış televiziya qülləsi ilə məşhurdur. Müasir incəsənətin ən tanınmış nümayəndələri öz işlərini Düsseldorf Münsterdəki İncəsənət Akademiyasında davam etdirirlər. 

Dünya turizm agentlikləri Düsseldorfu "pivə şəhəri" adlandırır. Almanlar özləri isə bu şəhərə "dünyanın ən uzun barı" deyirlər. Çünki şəhərin qədim hissəsində - Altşatadda 250 pivəxana fəaliyyət göstərir.

Düsseldorf əhalisinin yaşayış səviyyəsinə görə dünyada 6-cı, bahalığa görə isə 5-ci yeri tutur. Almaniyada Frankfurtdan sonra ikinci ən böyük bank və birja mərkəzidir.
скачать dle 11.3

Похожие новости

Комментарии

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив