Viza (Milli)
Milli viza, qalma müddəti 3 aydan çox
Almaniyada uzun müddətli yaşamaq və ya işləmək üçün Siz milli viza (D Kateqoriyası) almalısıniz.
Diqqət! Milli viza üçün rüsum 01.09.2017-dən artaraq 75 Avro olacaq!
Xahiş edirik, sənədlərin qəbul tarixini internet vasitəsilə vaxtında təyin edəsiniz.
Viza almaq üçün məlumat vərəgəsində qeyd olunan sənədlərin (məs. dəvətnamə, bankdan arayış, qalacağınız ünvanvə s. sənədlər) əsli və iki ədəd surəti tələb olunur.
- Tələbələr və Almaniyada təhsil almaq istəyənlər [pdf, 409.3k]
- Nigahın bağlanması və həyat yoldaşın yanına köçmə zamanı viza almaq üçün məlumat [pdf, 389.56k]
- Uşağın valideynlərinin yanına köçməsi zamanı viza rəsmiləşdirilməsinə dair məlumat [pdf, 506.29k]
- Muzdlu işçilərin əmək fəaliyyəti üçün Şengen vizası barədə məlumat [pdf, 408.55k]
- Avropa İttifaqı üçün Göy Kart [pdf, 455.96k]
- Həkimlər üçün Göy Kart [pdf, 420.93k]
- 17a§-na əsasən Qalma icazəsi [pdf, 458.28k]
- İş yeri axtarmaq üçün [pdf, 409.42k]
- Au Pair-kimi fəaliyyət üçün [pdf, 358.85k]
- Müstəqil əmək fəaliyyəti [pdf, 433.93k]
- (3 aydan artıq davam edən) dil kursu üçün viza rəsmiləşdirilməsinə dair məlumat [pdf, 428.46k]
- (90 günə qədər) Hospitasiya fəaliyyəti [pdf, 477.51k]
- Təcrübə keçmək üçün viza rəsmiləşdirilməsinə dair məlumat [pdf, 429.47k]
- Könüllü fəaliyyət (volontyor xidməti) [pdf, 428.6k]
Məlumat vərəqələri
- Uzun müddətli vizanın verilməsi üşün ərizə (yalnız alman dilində doldurmaq) [pdf, 606.64k]
- "Almaniyada yaşamaq haqqında Qanun" un 54-ci bəndinə müvafiq Bəyanat, ərizə formularının əlavəsi [pdf, 247.2k]
- doldurulumuş nümunə ərizə forması / tələbələr və təhsil almaq istəyənlər üçün [pdf, 1,238.83k]
- doldurulumuş nümunə ərizə forması / nigahın bağlanması və həyat yoldaşın yanına kocmə [pdf, 1,265.51k]
- Biometrik fotoşəkilin şablonu (yalnız rus dilində) [pdf, 221.98k]
Tələbə və dil kurslarının iştirakçıları üçün bank hesabının açılması
Dondurulmuş bank hesabı ilə Siz viza rəsmiləşdirilməsi prosesində kifayət qədər maliyyə vəsaitinin olduğunu sübut edə bilərsiniz. Hazırda səfirliyə Almaniya üzrə tələbələr üçün dondurulmuş bank hesabını açan aşağıdakı qurumlar məlumdur:Fintiba
Deutsche Bank
Prosedurla bağlı məlumat almaq üçün xahiş olunur birbaşa adı çəkilən qurumlara müraciət edəsiniz.
Alman bankı Deutsche Bank-da dondurulmuş bank hesabı açmaq üçün Sizə bir qayda olaraq səfirliyin konsulluğunun arayışı lazımdır. Bu arayışla Siz bankda öz şəxsiyyətinizi təsdiq edə bilirsiniz.
Xahiş olunur bunun üçün konsulluğun qəbul saatlarına həmişə olduğu kimi bazar ertəsi və cümə axşamları saat 14:00dan 14:30dək habelə çərşənbə axşamı və cümə günləri saat 9:00dan 9:30dək gələsiniz. Qəbul canlı növbə prinsipi ilə həyata keçirilir və görüş vaxtının təyin edilməsinə ehtiyac yoxdur.
Aşağıdakı sənədləri gətirməyiniz xahiş olunur:
- pasportun əsli
- pasportun surəti
- alman universiteti və ya dil kursundan dəvətnamə
- Azərbaycan bankında müvafiq hesabın olması haqqında arayış
- bank hesabının açılması üçün ərizə-anket
- rüsum 25€, AZN ilə ödənilir
- poçt ilə göndəriş rüsumu (DHL) 16 AZN
Qeyd: Məlumat 11 avqust 2017-ci il Alman səfirliyinin saytından götürülüb.